1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Mühasirəyə alınan Xocalı sakinləri sağ qalmaq ümidi ilə şəhəri tərk etdi. Amma şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər əsir, 150 nəfər itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

26FEVRAL.AZ

XOCALI FACİƏSİNƏ HƏSR OLUNAN VEB PORTAL

26FEBRAL.AZ  XOCALIYA ƏDALƏT TƏLƏB EDƏCƏK
Ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakinlərini dinləyərək lentə aldıq və video arxiv yaratdıq
Yaşayan Azərbaycanlıların hər biri Xocalı Faciəsinin qurbanıdır. Bundan sonra doğulacaq Azərbaycanlılar da... 26 fevral xalqın lənət günüdü.
İmage Şirkəti və Miras İctimai Birliyi  bu lənətli günü anladan 26FEBRAL.AZ ( eyni zamanda 26FEBRUARY.AZ ) veb portalı layihəsini təqdim edir.  Ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakinini dinləyərək, faciənin qurbanları və şahidlərinin xatirələrini lentə alaraq filmlər hazırlanıb və  filmlər bu veb portalda yerləşdirilir. Layihənin birinci mərhələsində müəyyən sayda film təqdim olunacaq və layihə 1 il boyunca davam edəcək.  Xocalıya ədalət kampaniyasına dəstək olaraq Xocalı rayon İcra Hakimiyyəti bilavasitə iştirakı,  Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin köməyi ilə həyata keçirilən layihə Azersun Holdinqin  yaxından dəstəyi ilə ərsəyə gəlib.
Xocalı Faciəsi ilə bağlı şahidi olduğunuz, eşitdiyiniz və əmin olduğunuz bir tarixçə, bir hekayə varsa siz də bildirin. Siz və ya tanıdığınız insan hadisəni nəql etsin, biz də lentə alaq, film edək və 26 FEVRAL.AZ saytında paylaşaq. Yaddaşınıza arxayın olmayın. Bir azdan biz olmayacağıq, ya da unutmağa başlayacağıq...
Sayt və istifadə olunan materiallarla bağlı hər hansı sual və təklifiniz üçün:
studio@image.az
+994 12 4090405  +994 77 6140038

UNUTMA !


Yaşayan Azərbaycanlıların hər birini Xocalı Faciəsinin qurbanı hesab edirİK. Bundan sonra doğulacaq Azərbaycanlıları da... Xocalı Faciəsi ilə bağlı şahidi olduğunuz, eşitdiyiniz və əmin olduğunuz bir tarixçə, bir hekayə yəqin ki var. Bu gördüyünüz insanlar kimi... Bu insanların hər biri öz filmini yaradıb... Yaddaşınıza arxayın olmayın. Bir azdan unutmağa başlayacağıq...