1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Mühasirəyə alınan Xocalı sakinləri sağ qalmaq ümidi ilə şəhəri tərk etdi. Amma şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər əsir, 150 nəfər itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

ANAMIN FOTOSUNU İNTERNETDƏ TAPDIM.

16 il anamın gəlişini gözləyirdim, sağ xəbərini eşitmək istəyirdim....Ümidlə yaşayırdım...Amma 16 ildən sonra bir gün mən məktəbə gedəndə əmimin həyat yoldaşı, yəni itkin düşən əmim Bakirin həyat yoldaşı həyətdə mənə yaxınlaşdı dedi ki ,qızım ananın şəklini sən internetdə gördün??? Dedim ki, yox... Dedi internetdə ananın şəklinə bax...Mən gəldim anamın yıxılmış vəziyyətdə internetdəki şəklini gördüm. Xalam və yanında iki uşağı ilə bir yerdə onu bir rus jurnalisti çəkib gətirmişdi. Mən anamı paltarından tanıdım. Paltarı əynində o qədər gözəl görünürdü ki...

VAXT: 3:26

FORMAT: HD


UNUTMA !


Yaşayan Azərbaycanlıların hər birini Xocalı Faciəsinin qurbanı hesab edirİK. Bundan sonra doğulacaq Azərbaycanlıları da... Xocalı Faciəsi ilə bağlı şahidi olduğunuz, eşitdiyiniz və əmin olduğunuz bir tarixçə, bir hekayə yəqin ki var. Bu gördüyünüz insanlar kimi... Bu insanların hər biri öz filmini yaradıb... Yaddaşınıza arxayın olmayın. Bir azdan unutmağa başlayacağıq...