1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Mühasirəyə alınan Xocalı sakinləri sağ qalmaq ümidi ilə şəhəri tərk etdi. Amma şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər əsir, 150 nəfər itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

AYAQYALIN DÜŞDÜK QARLI MEŞƏLƏRƏ

Aeroport yanırdı. Biz qızları, qadınları götürüb düşdük çaya, çaydan keçdik. Qar yağmışdı, soyuq idi, çay da donmuşdu. Evdən çıxanda ayaqyalın, elə ev paltarında çıxmışdıq. Bircə ov tüfəngimi götürmüşdüm. Bir zülmlə çayı keçdik meşəyə girdik. Yanimda 60 yaşında bacım da varidi, xəstə idi gəzə bilmirdi. Çox çətinliklə meşəylə gəlib çıxdıq Kətik deyilən bir dağ var ora. Gecəni orda keçirdik. Səhər açılanda gördük ki, Xocalıda bütün evlər alışıb yanır. Xocalıda tüstüdən heç bir yer görünmür. Atışma da gedir. Qaldıq o dağda 70 nəfər, 100 nəfərdi dəqiq bilmirəm, bəlkə bütün Xocalının əksəriyyəti dərələrdə idi, bu dağlarda idi.

VAXT: 3:50

FORMAT: HD


UNUTMA !


Yaşayan Azərbaycanlıların hər birini Xocalı Faciəsinin qurbanı hesab edirİK. Bundan sonra doğulacaq Azərbaycanlıları da... Xocalı Faciəsi ilə bağlı şahidi olduğunuz, eşitdiyiniz və əmin olduğunuz bir tarixçə, bir hekayə yəqin ki var. Bu gördüyünüz insanlar kimi... Bu insanların hər biri öz filmini yaradıb... Yaddaşınıza arxayın olmayın. Bir azdan unutmağa başlayacağıq...